Türkiyədə qədim yeraltı şəhər tapıldı


Türkiyənin Nevşehir vilayətinin Avanos rayonu ərazisində təxminən 5 kilometr uzunluğunda yeraltı şəhər aşkarlanıb.

LIVE.Az AZƏRTAC-a istinadən bildirir ki, Avanos rayonunun Çalış bələdiyyəsi ərazisində təxminən 15 birmərtəbəli evi döşəmədən su basıb. Sakinlər bu barədə bələdiyyədən kömək istəyiblər. Subasmanın səbəbi araşdırılarkən bir-birinə yapışıq tikililərdən təxminən 50 metr aralıda iki girişi sakinlər tərəfindən hörülən mağara aşkarlanıb. Az sonra müəyyənləşdirilib ki, mağara hesab edilən ərazi hazırda su altında olan yeraltı şəhərdir. İlkin ehtimala görə, ibadət yeri, yaşayış otaqları və tunellərdən ibarət bu məkan təxminən 5 min il tarixə malikdir.

Bildirilir ki, yeni tapılan yeraltı şəhərin turizm bölgəsinə daxil edilməsi və bunun üçün yararlı hala salınması məqsədilə müzakirələrə başlanılıb.

Şərhlər
Dünya bölməsinin xəbərləri