Azərbaycanda e-imza sahiblərinin sayı artır
- 09.06.2019, 14:33,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
2019-cu ilin yanvar-mart aylarında Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən 9 832 elektron imza sertifikatı verilib.
Trend-in məlumatına görə, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində Məlumat Hesablama Mərkəzinin hesabatında deyilir.
Həmin sertifikatlardan 6 776-ı dövlət strukturlarına, 1 920-i hüquqi şəxslərə, 246-ı fiziki şəxslərə verilib.
Elektron imza sertifikatlarının verilməsi başlayandan 2019-cu ilin aprelin 1-dək ümumilikdə 176 724 sertifikat verilib. Onlardan 98 044-ü dövlət strukturlarına, 43 480-i hüquqi şəxslərə, 35 200-ü fiziki şəxslərə təqdim edilib.
Bundan başqa, elektron imza ilə həyata keçirilən əməliyyatların sayında artım davam edir. Bu günədək dövlət strukturları tərəfindən e-imza vasitəsilə həyata keçirilən əməliyyatların sayı 35,93 milyondan, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən əməliyyatların sayı 10,2 milyondan çox olub. Sistem işə salınandan həyata keçirilən əməliyyatların ümumi sayı 46,1 milyondan çox olub.