Suriyada azərbaycanlı qətlə yetirildi

Suriyada üsyançıların azadlıq ordusu tərkibində döyüşən azərbaycanlılardan biri Bəşər Əsəd rejimi tərəfindən öldürülüb.

ANS xəbər verir ki, bu barədə Suriyada öldürülən Tərtər rayon sakini Ənvər Zeynalovun yaxınları məlumat verib.

Məlumatda qeyd olunur ki, Ənvər Zeynalovun cənazəsini Azərbaycana gətirmək mümkün olmayıb. Mərhumun yaxınları Azərbaycanın hüquq-mühafizə orqanlarına müraciət etsələr də heç bir nəticə alınmayıb. Sonda Ənvər Zeynalov elə Suriyada dəfn edilib.

Tərtər rayonunda isə mərhumun yas məclisi təşkil olunub. Mərhumun valideyinlərinin yaşadığı Teymur Əmrahov küçəsində təşkil olunan mərasimdə yerli əhalidən daha çox vəhhavi təriqətinə qulluq edən dindarlar iştirak edib.

Tərtər Rayon Polis Şöbəsinin sahə rəisi Şahin Hüseynov Moderator.az-a açıqlamasında faktı təsdiqləyib. Sahə rəisi hüzr mərasiminin sakit şəkildə keçdiyini də deyib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri