Nazir: "Azərbaycan ilə Misir arasında turist axını artıb"
- 15.06.2019, 19:48,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Gələn aydan etibarən Bakı ilə Şarm-əş-Şeyx arasında birbaşa uçuşlar həyata keçiriləcək".
LİVE.az-ın report-a istinadən xəbər verir ki, bunu Misirin turizm naziri Rania əl-Mashatın Azərbaycana səfəri ilə əlaqədar keçilmiş tədbirdə deyib.
Nazir 2017-2018-ci illərdə iki dövlət arasında turist axınının artdığını bildirib:
"Misirin gəlirlərinin 20 faizdən çoxu turizm sahəsinin payına düşür. Turizmə böyük önəm veririk. 2018-ci ilin sonundan etibarən turizmin inkişaf planını həyata keçiririk. Bunun nəticəsi olaraq, Bakı ilə Şarm-əş-Şeyx arasında birbaşa uçuşlar həyata keçiriləcək", - deyə o bildirib.
Nazir Azərbaycandan Misirə turist cəlb etmək istədiklərini vurğulayıb: "İki ölkə arasında siyasi əlaqələr də yüksək səviyyədədir. Turizm əlaqələri də siyasi əlaqələrin üzərində qurulub".
Rania əl-Mashat Misirin təhlükəsizliyinə böyük önəm verildiyini bildirib və əlavə edib ki, ölkəyə səfər edənlərin çoxluğu təhlükəsizliyə olan etimadı bir daha sübut edir.
Xatırladaq ki, iyulun 18-dən etibarən Qazaxıstanın Azərbaycandan beşinci “hava azadlığı” hüququnu qazanan “SCAT Airlines” aviaşirkəti Bakı–Şarm-əş-Şeyx marşrutu üzrə həftəlik reyslər yerinə yetirəcək. Uçuşlar hər cümə axşamı "Boeing 757-200" tipli təyyarələr vasitəsilə reallaşdırılacaq.