Ağstafada bazarda 8 nəfər güllələnib, onlardan 4-ü ölüb




Ağstafa rayonunda bazarda güllələnmə nəticəsində yaralananların adları məlum olub.

LIVE.az report-a istinadla verdiyi  məlumata görə, bunlar 1964-cü il təvəllüdlü Lilpar Baba qızı Əhmədova, 1999-cu il təvəllüdlü İbrahim Rasim oğlu Abdullayev, 1951-ci il təvəllüdlü Nüsrət Məhəmməd oğlu İsayev və 1961-ci il təvəllüdlü Rəsul Abbas oğlu Həsənovdur. Onların əksəriyyəti ayaqlarından güllə yarası alıblar.

Bundan başqa, Şərqiyyə Musayeva və övladları - Şəmiddin Musayev və Novruz Musayev, eləcə də satıcı Zeynəb Cəlilova hadisə yerində ölən şəxslərdir.

Qətli törədən şəxs isə 1994-cü il təvəllüdlü Elnur Süleymanovdur.


///

Ağstafa rayonunda bazarda 4 nəfər güllələnərək qətlə yetirib.

Hadisə rayonun Böyük Kəsik kəndi ərazisində qeydə alınıb.  

Belə ki, naməlum şəxs bazarda atəş açaraq 8 nəfəri güllələyib. Nəticədə ana və iki övladı, eləcə də orada satıcı işləyən şəxs hadisə yerində ölüb. Yaralılar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.

Hadisəyə nəsillər arasında uzun illərdir mövcud olan qan davasının səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri