İmamoğlu və Yıldırım debatda üz-üzə



İmamoğlu ilə Yıldırım üz-üzə

İyunun 23-də Türkiyənin İstanbul şəhərində keçiriləcək bələdiyyə seçkiləri öncəsi iki namizəd - Binəli Yıldırım və Əkrəm İmamoğlu ilk dəfə canlı yayımda üz-üzə gəlib.

LİVE.az qafqazinfo-ya istinadla verdiyi məlumata görə, namizədlərə sualları aparıcı İsmayıl Küçükkaya ünvanlayır.  

Biz bu seçkilərə niyə gedirik?

Binəli Yıldırım: Seçkilərə getmək məcburiyyətində qaldıq. Kaş ki, səslər tam hesablanardı. Onda heç kimin ağlında tərəddüd, şübhə qalmayacaqdı. İstanbulluları da 23 iyun üçün yormayacaqdıq. Onların planlarını, edəcəklərini, hədəflərini dəyişdirmək məcburiyyətində qalmayacaqdıq.



///





///

İmamoğlundan Yıldırıma diqqət çəkən hədiyyə


İsmayıl Küçükkayanın aparıcılığı ilə təqdim olunan canlı yayımda Əkrəm İmamoğlu tək açıqlamaları ilə deyil, həm də atdığı bir addımla yadda qalıb.

Belə ki, o, rəqibi Binəli Yıldırımı Atalar günü münasibəti ilə təbrik edib və ona üzərində Atatürkün imzası olan qələm hədiyyə edib.

“Binəli Yıldırımın Atalar gününü təbrik edirəm. İkimiz də 2 oğlan, 1 qız atasıyıq. Bu hədiyyəni Yıldırıma vermək istəyirəm”, - deyə İmamoğlu canlı yayımda bildirib.

///





///

İmamoğlu-Yıldırım görüşü ailə fotosu ilə bitdi


Dünən hər kəsin birnəfəsə izlədiyi Binəli Yıldırım-Əkrəm İmamoğlu debatı maraqlı sonluqla yadda qalıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, canlı yayımdan sonra Yıldırım və İmamoğlu ailəsi xatirə şəkli çəkdirib.

 Əkrəm İmamoğlu Binəli Yıldırım və xanımı Semiha Yıldırıma ailə fotosu çəkdirməyi təklif edib. Yıldırım isə İmamoğlunu çay süfrəsinə dəvət edib.

Fotoda diqqət çəkən məqam İmamoğlunun oğlunun Yıldırımın yanında dayanması olub.


 
Şərhlər
Dünya bölməsinin xəbərləri