Nazir müavini: “Azərbaycan dünya bazarına 2 166 adda məhsul çıxarır”
- 19.06.2019, 14:00,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 17,8% çox olub.
“Report" xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) fəaliyyəti ilə bağlı təşkil edilmiş mətbuat konfransında bildirib.
“2019-cu ilin ilk 5 ayında kənd təsərrüfatı məhsullarının ixracı 37,6%, qeyri-neft sənayesi məhsullarının ixracı isə 15,6% artırıb. Bu gün Azərbaycan dünya bazarında 2 166 adda məhsul çıxarır”, - deyə o, qeyd edib.