Bu ilin ilk 5 ayında Azərbaycan sahibkarları 5 milyon manatdan çox ixrac təşviqi alıb

Bu ilin yanvar-may aylarında Azərbaycan sahibkarlarına 5,042 milyon manat ixrac təşviqi ödənilib.

“Report” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) icraçı direktoru Yusif Abdullayev məlumat verib.

O, həmçinin qeyd edib ki, bu ilin iyul ayında Azərbaycandan İsveçrəyə ixrac missiyası təşkil ediləcək və biznes-forum keçiriləcək. Bundan başqa, gələn ay Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan Şərab Evi açılacaq.

“Bu ilin sonuna qədər Qazaxıstanın Nursultan şəhərində Azərbaycan Ticarət Evinin, eləcə də Çinin bir neçə bölgəsində şərab evlərinin açılması istiqamətində danışıqlar aparılır”, - deyə o, qeyd edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri