Professor: “Hazırda müşahidə olunan xəstəliklər qrip deyil, soyuqdəymə xəstəlikləridir”
- 19.06.2019, 14:06,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“İnsanlar yay vaxtı istilərdən dolayı rejimə riayət etmirlər”.
LIVE.az-ın məlumatlna görə, bunu "Report"a açıqlamasında müstəqil ekspert, tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
Onun sözlərinə görə, hazırda ölkədə müşahidə olunan xəstəliklər qrip deyil, sadəcə, soyuqdəymə xəstəlikləridir: "Belə ki, yuxarı tənəffüs yollarında xeyli mikroblar var və onlar qripə bənzər əlamətlər yaradır. Yay vaxtı istilərdən dolayı insanlar rejimə riayət etmirlər. Bəzən gündüz isti olur, axşam isə sərin. Ancaq insanlar buna uyğun geyinmirlər, soyuducudan soyuq su içirlər, kondisioneri çox soyuğa qoyurlar. Müəyyən rejimlərə riayət etmədikdə ətrafda isti olmasına baxmayaraq, tempuratur fərqinə uyğun da iltihabi reaksiyalar baş verir. Nəticədə burun axma, asqırma, öskürmə, hərarət və s. əlamətlər yaranır”.
Professor bildirib ki, həmin insanlar bir müddət özlərinə diqqət etməlidirlər: “Soyuq su qəbulundan çəkinmək, geyimə diqqət yetirmək, kondisioner altında yatmamaq lazımdır. Otaq temperaturunda olan çoxlu maye qəbul edilməsi vacibdir. Həmçinin bu fəsildə vitamin qəbuluna xüsusi fikir verilməlidir. Yaxşı olar ki, idmanla məşğul olsunlar, ən azı, səhər gimnastikası etsinlər. Əgər xüsusi ağırlaşma yoxdursa, dərman qəbuluna ehtiyac yoxdur. Xalq təbabəti və orqanizmin öz imkanlarından yararlanmaq tövsiyə olunur”.