FHN qeyri-qanuni çimərliklərdə uşaqların hərəkətinin məhdudlaşdırılması ilə bağlı xəbərdarlıq edib

Son günlər çimmək üçün qadağan olunmuş su hövzələrinə, qeyri-çimərlik ərazilərə valideynlərinin nəzarəti olmadan üz tutan azyaşlıların, yeniyetmələrin sayı artmışdır.


APA-nın FHN-nin rəsmi saytına istinadən yaydığı məlumata görə, eyni zamanda, çimərlik mövsümü başlayandan (1 iyun) qadağan olunmuş su hövzələrində, qeyri-çimərlik ərazilərdə suda boğularaq batmış 28 nəfərdən 10-u azyaşlıdır.


Fövqəladə Hallar Nazirliyi vətəndaşların bir daha nəzərinə çatdırır ki, isti yay günlərində uşaqların qeyri-qanuni çimərliklərdə hərəkətlərini məhdudlaşdırsınlar, onların xüsusilə küləkli havada dalğalı suya nəzarətsiz şəkildə daxil olmalarına icazə verməsinlər, Dövlət Sularda Xilasetmə Xidmətinin xilasedicilərinin tələblərinə sözsüz əməl etsinlər.
Şərhlər
Hadisə bölməsinin xəbərləri