Xəzərdə motorlu qayıq dənizdə üzən kişini vurub öldürdü

İranın şimalında yerləşən Gilan vilayətinin Talış rayonunda Gətgesər çimərliyində motorlu qayıq bir kişini vurub.

Trend-in məlumatına görə, bunu Talış rayonu hüquq-mühafizə orqanının rəisi polkovnik Hüseyn Camaldar deyib.

H.Camaldarın sözlərinə görə, xəsarətləri ağır olan 49 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri