Gürcüstan aviaşirkətlərinə Rusiyaya uçuş qadağan edilir



Gürcüstan aviaşirkətlərinə Rusiyaya uçmaq qadağan ediləcək.

LİVE.az qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi yayıb.

Qadağa iyulun 8-dən tətbiq olunacaq və müvəqqəti xarakter daşıyacaq. Bu qadağa həm sərnişin, həm də kommersiya reyslərinə aid ediləcək.

Sözügedən tədbirləri hansı tərəfin planlaşdırdığı dəqiqləşdirilmir.  Rusiyanın Nəqliyyat Nazirliyi də TASS agentliyinə xəbəri təsdiqləyib.

Qeyd edək ki, iyunun 21-də Rusiya Prezidenti Vladimir Putin iyulun 8-dən Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşunu qadağan edib. Lakin bu qadağa Rusiyaya uçuş həyata keçirən “Georgian Airways” və “MyWay Airlines” şirkətlərinə şamil edilməyib.
Şərhlər
Dünya bölməsinin xəbərləri