Əkrəm İmamoğlu qələbəsini İstanbulun qalibiyyəti adlandırıb
- 23.06.2019, 22:08,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərində qalib gəmiş Cumhuriyyət Xalq Partiyasından (CHP) olan namizəd Əkrəm İmamoğlu səsvermələrdəki müvəffəqiyyətini bütün şəhərin qələbəsi adlandırıb.
"Report" xəbər verir ki, bu barədə o, NTV telekanalını efirində bildirib.
"Bu seçkiləri partiya yox, bütün İstanbul udub. Mən heç kimdən uzaqlaşmadan hamının xeyrinə işləyəcəyəm. Bu, mənim bütün həyatımın ən vacib vəzifəsidir. İstanbul merinin bugünkü seçkiləri Türkiyədə demokratik seçki prosesinə böyük töhfə oldu. Qoy seçkilər ölkəmizə firavanlıq gətirsin.
Son nəticələr yalnız protokollarda olacaq, buna görə hamıya müraciət edirəm - prosesin sonuna qədər yerlərdə olmalı və seçki məntəqələrindən getməməli, çünki proses bitməyib", - deyə o, NTV telekanalının efirində bildirib.
Qeyd edək ki, seçki bülletenlərinin 99 faizdən çoxunun hesablanmasına əsasən İmamoğlu 54 faiz səs toplayıb, onun əsas rəqibi, Ədalət və İnkişaf Partiyasından olan namizəd Binəli Yıldırım isə seçkilərdə 45,1 faiz seçicinin səsini toplaya bilib. Yıldırım artıq seçkilərdə qələbə münasibətilə İmamoğlunu təbrik edib.
///
Türkiyənin birinci böyük şəhəri olan İstanbulda təkrar bələdiyyə seçkiləri start götürüb.
LİVE.az xəbər verir ki, burada əsas mübarizə nəticəsi Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv edilən 31 Mart seçkilərində olduğu kimi, hakim Ədalət və İnkişaf Partiyasından namizəd Binəli Yıldırım ilə müxaliftəçi Xalq Cumhuriyyət Partiyasının namizədi Əkrəm İmamoğlu arasında gedəcək.