Bakıda 17 yaşlı qız balkondan yıxılaraq ölüb

Bakıxanov qəsəbəsində yeniyetmə qız 11-ci mərtəbədən yıxılaraq ölüb.

Sabunçu Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, aprelin 24-də saat 23:00 radələrində 1996-cı il təvəllüdlü Bayramova Familə Yasər qızı yaşadığı Bakıxanov qəsəbəsi E. Əliyev küçəsi, "Uğur" yaşayış kompleksi ev 6, mənzil 128 ünvanında, 11-ci mərtəbədə balkonun qarnizindən yerə yıxılıb.

Bayramova aldığı xəsarətdən hadisə yerindəcə ölüb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri