Palata: Bəzən müşahidə kameralarındakı görüntülərlə “Forma 4” arayışında yazılanlar fərqlənir
- 25.06.2019, 10:35,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Bəzən baş vermiş sığorta hadisəsi ilə bağlı müşahidə kamerasındakı görüntülərlə "Forma 4" arayışındakı yazılanlar fərqlənir”.
LİVE.az "Report"a istinadla xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Sığorta fəaliyyətinə nəzarət departamentinin nümayəndəsi Firdovsi Ağaşirinov bildirib.
Onun sözlərinə görə, bu halda Palata “Forma 4”ə istinad etməklə sığorta şirkətlərinə göstəriş verir.
“Bu isə haqsızlıq kim qəbul olunur. Sığorta şirkətləri hüquq-mühafizə orqanlarına müraciət edirlər", - o qeyd edib.
F.Ağaşirinovun sözlərinə görə, əgər dələduzluq halı mövcuddursa, Palata da bu məsələnin hüquq-mühafizə orqanlarının köməyi ilə, yaxud məhkəmə yolu ilə həll olunmasını tövsiyə edir.