Gəncədə qadın intihara cəhd edib
- 22.07.2013, 20:10,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Gəncə şəhərində 54 yaşlı qadın ağır metal duzu qəbul edərək özünü öldürmək istəyib.
Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-ya verilən məlumata görə, Gəncə şəhər sakini, 1959-cu il təvəllüdlü S. Qasımova ağır zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub. Həkimlərin səyi nəticəsində qadını xilas etmək mümkün olub. Hazırda onun səhhətinin normal olduğu bildirilir. Araşdırma zamanı məlum olub ki, 54 yaşlı qadın xərçəng xəstəliyindən əziyyət çəkdiyinə görə ağır metal duzu qəbul edərək gözünü öldürmək istəyib.
Faktla bağlı Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.