CNN: Azərbaycan mətbəxi Şərqə açılan qapıdır
- 03.07.2019, 08:30,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan mətbəxi Şərqə açılan qapıdır.
Trend-in məlumatına görə, bu barədə CNN-in saytında dərc olunan məqalədə deyilir.
Məqalədə qeyd olunur ki, Azərbaycanda kalorili, eyni zamanda dadlı kabab və plovla yanaşı, xeyirli meyvə-tərəvəz də çoxdur: “Yayın istisində azərbaycanlılar isti çay içməyi xoşlayırlar. Regionlarda çayı əsasən kəklikotu və ya darçınla dəmləyirlər. Su samovarda qaynadığı müddətdə bitkilərin ətrini özündə cəmləyir”.
Müəlliflər qeyd edir ki, Azərbaycanın regionlarında yeməklərin hazırlanması fərqli olsa da, səhər yeməyi bütün bölgələrdə eynidir: təndir çörəyi, bal, qaymaq, keçi südü, yağ və yumurta-pomidor.
Bildirilir ki, Azərbaycanın kulinariya kitabları dolma növləri ilə zəngindir, onlardan ikisi daha məşhurdur: yarpaq və “üç bacı” dolmaları.
Məqalədə, həmçinin Novruz bayramında bişirilən şirniyyat və mürəbbə növləri barədə də xüsusi qeyd var.