Mərkəzi Bank: Nağdsız ödənişlərin həcmi artıb
- 06.07.2019, 12:41,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Mərkəzi Bankın statistikasına əsasən, 2019-cu ilin may ayında kartlar vasitəsilə həyata keçirilən qeyri-nağd ödənişlərin həcmi 363 milyon manat olub.
Trend-in məlumatına görə, bu məbləğin 247 milyon manatı elektron ticarətin payına düşür, qalan 100 milyon manat ödəniş POS-terminallar, 16 milyon manat isə ATM-lər vasitəsilə gerçəkləşdirilib.
2019-cu ilin mayında debet və kredit kartları ilə aparılan əməliyyatların sayında da artım qeydə alınıb. Hesabata əsasən, bu il iyunun 1-dək həmin əməliyyatların həcmi 1 milyard 961 milyon manat olub.
Qeyd edək ki, may ayında dövriyyədə olan ödəniş kartlarının ümumi sayı artaraq 6 milyon 968 min ədəd olub. Bunun tərkibinə daxil olan əməkhaqqı, kredit, sosial və digər kartların sayında aprel ayına nisbətən artım qeydə alınıb.