Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2 milyard manatı ötüb

2019-cu ilin yanvar-may aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,9 faiz artaraq 2 milyard 066,5 milyon manat olub.

Trend-in məlumatına görə, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 490,6 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 72,1 faizini təşkil edib.

2019-cu ilin yanvar-may aylarında iaşə dövriyyəsi isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,5 faiz artaraq 369,3 milyon manat olub.

Dövriyyənin 43,3 faizi hüquqi şəxs statuslu müəssisələrin, 56,7 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb. Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2018-ci ilin yanvar-may aylarına nisbətən 17,6 faiz azalaraq 159,8 milyon manat təşkil edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri