Gəncədə fəhlə bədbəxt hadisə nəticəsində ölüb

Gəncə şəhərində bədbəxt hadisə baş verib.


APA-nın verdiyi məlumata görə, hadisə bu gün saat 11 radələrində qeydə alınıb. Şəhərdə məcburi köçkünlər üçün tikilən şəhərcikdə fəhlə işləyən, Yevlax rayon sakini, 42 yaşlı Salman Əzizovun başına mişar daşı düşüb. S. Əzizov dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, fəhlə dünyasını dəyişib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri