Yaxın gələcəkdə Azərbaycanda 1500 kilometrədək dəmiryol xətti təmir ediləcək


Son üç il ərzində Azərbaycanda 875 kilometr dəmiryolu xətti təmir edilib.

LİVE.az-ın Trend-ə istinadla verdiyi məlumata görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Çindən gələn konteyner qatarının qarşılanma mərasimi zamanı deyib.

C.Qurbanovun sözlərinə görə, növbəti 3 ildə daha 1500 kilometrədək dəmiryol xəttinin təmiri planlaşdırılır:

“Bu il bir neçə tender keçiriləcək. Yəqin ki, Rusiya sərhədinədək dəmir yolunun təmiri bu ilin sonu və ya gələn ilin əvvəlində başlayacaq”.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri