Nyu-Yorkda elektrik enerjisinin verilişi bərpa edilir

yu-York şəhərini elektrik enerjisilə təmin edən “Con Edison” şirkəti şəhər ərazisində elektrik enerjisinin verilişini bərpa etməyə başlayıb.

“Report” xəbər verir ki, bu barədə şirkət özünün “Twitter” səhifəsində məlumat yayıb.

“Manhettenin mərkəzi və yuxarı qərbi hissəsində enerji təchizatı bərpa olunur. Gecə yarısına qədər daha çox istehlakçının elektrik enerjisi ilə təmin olunacağını gözləyirik” - deyə, şirkətin yaydığı açıqlamada deyilir.

Qeyd edək ki, Nyu-Yorkda baş vermiş nasazlıq səbəbindən azı 50 min sakin elektrik enerjisindən məhrum olub. “NBC” telekanalı bildirir ki, ilkin ehtimal olaraq nasazlığa səbəb kimi 54-cü küçədə yerləşən transformator yarımstansiyasında baş vermiş yanğın göstərilir. Dəqiq səbəblər hazırda dəqiqləşdirilir.
Şərhlər
Dünya bölməsinin xəbərləri