“Prezidentliyə namizəd olacaqsız” sualına - İmamoğludan cavab
- 16.07.2019, 20:52,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu “BBC”də yayımlanan “HARDtalk” verilişinin qonağı olub.
“Qafqazinfo” xəbər verir ki, o, aparıcının gələcəkdə Türkiyə prezidentliyinə namizəd olub-olmayacağı ilə bağlı sualını da cavablandırıb.
“Siyasətdə heç vaxt növbəti vəzifəni indidən təsvir etmək kimi xasiyyətim yoxdur. Hazırkı vəzifəm bəllidir və uğur qazanmaq istəyirəm. Bundan sonrakı qərarları cəmiyyət və partiyamız verəcək. Hər zaman demişəm ki, Allah bilər”, - deyə İmamoğlu bildirib.