"Qarabağ" "Partizani"yə qalib gəlib


"Qarabağ" komandasının UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
"Report"un məlumatına görə, bu, İrlandiya "Dandolk"udur. 

"Dandolk" I təsnifat mərhələsində Latviya "Riqa"sını mübarizədən kənarlaşdırıb. Bu komandalar arasındakı hər iki oyunun əsas vaxtı qolsuz yekunlaşıb. Bu gün Latviya paytaxtında keçirilmiş cavab görüşünün əlavə vaxtında da qol vurulmayıb. Penaltilər seriyasında isə "Dandolk" daha dəqiq olub - 5:4. 

"Qarabağ" İrlandiya çempionu ilə ilk oyununu iyulun 24-də səfərdə, cavab görüşünü iyulun 31-də evdə keçirəcək.


///

"Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində cavab oyununda "Partizani"yə qalib gəlib.

"Dalğa Arena"da keçirilən matçda meydan sahibləri qalib olub. 

Qeyd edək ki, hər iki qol qarşılaşmanın ikinci hissəsində vurulub. Qolları matçın 51-ci dəqiqədə Filip Ozoviç, 94-cü dəqiqədə isə meydana yenicə daxil olan Dani Kintanavurub. 

"Qarabağ" bununla UEFA Çempionlar Liqasının növbəti - II təsnifat mərhələsinə vəsiqə qazanıb. Komanda növbəti mərhələdə İrlandiyanın “Dandolk” və Latviyanln “Riqa” komandalarının qarşılaşmasının qalibi ilə görüşəcək.
Şərhlər
İdman bölməsinin xəbərləri