Azərbaycanda aqro ekoturizm genişləndirilir

Bu gün Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Dövlət Aqrar Ticarət Şirkəti” MMC həyata keçirdiyi "Şəhərdən kəndə" layihəsi çərçivəsində aqro ekoturizmin təbliği üçün bir qrup jurnalistin Şəkiyə səfərini təşkil edib.

“Report”un məlumatına görə, şirkətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mayıs Musayev bildirib ki, Azərbaycanda bəzi fərdi təsərrüfatlarda aqro ekoturizm olsa da, geniş yayılmayıb. 
“Biz aqro ekoturizmi Azərbaycanda genişləndirmək istəyirik. Gələn aydan bununla bağlı turlar təşkil ediləcək”, - o deyib.

Şəkiyə səfər çərçivəsində jurnalistlər bağçılıq təsərrüfatlarına da baxış keçirəcəklər.
Xatırladaq ki, aqro ekoturizin inkişafına həsr olunan “Şəhərdən Kəndə” layihəsinin reallaşdırılmasına iyunun 4-dən başlanılıb. Layihə Ekologiya və Təbii Sərvətlər Nazirlyinin, Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilir. 
Şərhlər
Sosial bölməsinin xəbərləri