Gədəbəydə XVI əsrə aid Koroğlu qalasının bərpasına başlanılıb - FOTO

Gədəbəyin Qalakənd kəndində yerləşən Koroğlu qalasının bərpasına başlanılıb.

"Report" xəbər verir ki, tarixi mədəniyyət abidəsi Gədəbəy rayonu İcra Hakimiyyəti tərəfindən bərpa olunur. 

Qalanın yerləşdiyi hündürlüyü qalxmaq üçün hazırda pilləkənlər tikilir. 

Qeyd edək ki, abidə XVI əsrə aid edilir.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri