Baş katib: "S-400"lərə görə Türkiyənin NATO-dan çıxarılması gündəmdə deyil"
- 18.07.2019, 16:03,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Türkiyənin NATO-da iştirakı və NATO-nun Türkiyə ilə əməkdaşlığı “F-35”lərdən daha dərin və əhatəlidir".
“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bunu NATO-nin baş katibi Yens Stoltenberq ABŞ-ın Türkiyəyə “F-35” qırıcıları verməsini qadağan etməsi haqqında qərarına münasibət bildirərkən açıqlayıb.
ABŞ-ın Kolorado ştatında Aspen İnstitutu tərəfindən təşkil edilən təhlükəsizlik konfrasında danışan baş katib Türkiyənin Rusiyadan “S-400” Zenit-Raket Kompleksi almasına belə münasibət bildirib: “S-400” məsələsinin əhəmiyyətini azaltmaq istəmirəm. Ancaq NATO müttəfiqi olaraq Türkiyə “S-400”lərdən daha əhəmiyyətlidir”.
O, Türkiyənin Rusiyada “S-400” tədarükü prosesini yaxından müşahidə etdiklərini və uyğun qurumlar arasında məsələyə dair müzakirələrin davam etdiyini vurğulayıb: “Alacağı müdafiə sistemi haqqında qərar vermək hər ölkənin öz işidir. NATO üçün əhəmiyyətlisi bunun Alyansın sistemlərinə uyğun işləyib, işləməməsidir. Türkiyənin aldığı “S-400” kompleksi NATO-nun müdafiə sisteminə inteqrasiya olmayacaq, çünki bunlar birlikdə fəaliyyət göstərə biləcək bir qurğu deyil. Türkiyə də belə bir tələb irəli sürməyib”.
Y.Stoltenberq Türkiyənin NATO üçün əhəmiyyətindən danışarkən deyib: “Terrorçu İŞİD-ə qarşı mübarizədə Türkiyə açar bir müttəfiqdir. Bundan başqa, Türkiyə Balkanlarda, Kosovoda və Əfqanıstanda NATO-nun bir çox əməliyyatlarında iştirak edir. Türkiyə NATO müttəfiqi olaraq, “S-400”lərdən daha mühümdür. Türkiyə NATO-nun hava müdafiə sisteminin bir parçasıdır və bu, belə də davam edəcək. Ancaq Türkiyənin “F-35” proqramının bir hissəsi olmayacağından da narahatam”.
Baş katib “S-400” tədarükündən sonra Türkiyənin NATO-dan çıxarılması kimi məsələnin müzakirə edilib, edilməməsi barədə sualı belə cavablandırıb: “Türkiyə NATO-nun əhəmiyyətli bir müttəfiqidir. Bu məsələni heç bir müttəfiq gündəliyə çıxarmayıb. Çünki birimizin o birinə bağlı olduğunu yaxşı görürük”.
Y.Stoltenberq “S-400” ilə başlayan anlaşılmazlığın həll edilməməsinin Alyansa təsirini minimuma endirlməsi istiqamətində çalışacaqlarını bildirib.
Ağ evin “F-35”lərlə bağlı bu il iyulun 17-də açıqladığı qərara münasibət bildirən baş katib deyib: “ABŞ hazırda Türkiyə ilə strateji əlaqələrinə çox əhəmiyyət verir. NATO müttəfiqləri olaraq əlaqələrimiz çox mərhələlidir və sadəcə “F-35”lərə bağlı deyil”.