Kriştiano Ronaldo ABŞ-da 10 il əvvəl qadına etdiyi təcavüzə görə məsuliyyətə cəlb edilməyəcək
- 23.07.2019, 10:33,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Yuventus" futbol klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo 10 il bundan əvvəl ABŞ-da bir qadının təcavüzünə görə cinayət məsuliyyətinə cəlb edilməyəcək.
"Report" AP agentliyinə istinadən xəbər verir ki, bu barədə prokuror Stiv Volfson açıqlama verib.
Prokurorun sözlərinə görə, polis istintaqının hesabatı nəzərdən keçirilib və hər hansı bir yeni sübutların olmadığı aşkarlanıb. Məhz buna görə də heç bir ittiham irəli sürülməyəck.
Qeyd edək ki, amerikalı model Ketrin Mayorqanın iddiasına görə, hadisə 2009-cu ildə Las Veqasda yerləşən "Palms Place Hotel"də baş verib. O, hotelin klubunun VIP bölməsində Ronaldo ilə tanış olub və daha sonra futbolçu Mayorqanı zorlayıb. Hadisə baş verən zaman Katrin Mayorqanın 25, Ronaldonun isə 20 yaşı var idi. Almaniyanın "Der Spiegel" nəşri yazır ki, Ronaldo modellə məxfilik sazişi imzalayıb və ona 375 min dollar pul ödəyib. Razılaşmaya görə, əgər Mayorqa bu barədə mətbuata danışsa, məbləği geri ödəməli və futbolçuya dəyəcək bütün zərərlərə görə cavab verməlidi.