"Qəbələ" "Feyenoord"la, "Neftçi" isə İsrail klubu ilə qarşılaşa bilər



UEFA Avropa Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.

"Report"un məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında baş tutan mərasimdə Azərbaycan təmsilçiləri “Neftçi” və "Qəbələ"nin də potensial rəqibləri müəyyənləşib.

"Qəbələ" II raundda Tbilisi "Dinamo"sunu keçəcəyi təqdirdə, Hollandiyanın "Feyenoord" komandası ilə qarşılaşacaq.

"Neftçi" isə Rusiya "Arsenal"ını mübarizədən kənarlaşdıra bilsə, "Bney Yehuda" (Təl-Əviv, İsrail) ilə üz-üzə gələcək.

Qeyd edək ki, ilk oyunlar avqustun 8-də, cavab matçları isə 15-də olacaq. "Neftçi" ilk görüşünü evdə, "Qəbələ" isə səfərdə keçirəcək.
Şərhlər
İdman bölməsinin xəbərləri