Azərbaycan Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edir

Sentyabr ayının 1-dən etibarən Azərbaycan Türkiyə vətəndaşları üçün tətbiq edilən viza rejimini ləğv edəcək.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir qeyd edib ki, viza rejimi Azərbaycan ərazisində 30 gün olan Türkiyə vətəndaşları üçün ləğv edilir.

M.Çavuşoğlu Türkiyə vətəndaşları üçün viza rejiminin ləğv edilməsi ilə bağlı qərara görə Azərbaycan tərəfə təşəkkürünü bildirib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri