ATƏT sabah cəbhə xəttində monitorinq keçirəcək
- 23.07.2013, 10:14,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sabah Azərbaycan Respublikasının Füzuli rayonunun Aşağı Veysəlli kəndinin cənubundakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Uilyam Prayor və səhra köməkçisi Yevgeniy Şarov keçirəcək. Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Xristo Xristov keçirəcəklər.