2019-cu ilin yanvar-iyun aylarında Azərbaycana ümumi dəyəri 9,979 milyard dollar olan məhsul ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,2 faiz çoxdur.
Bu barədə Trend Dövlət Gömrük Komitəsinin (DGK) hesabatına istinadən məlumat verir.
Dövlət sektorunun ixracdakı payı 6,218 milyard dollar, özəl sektorda 3,728 milyard dollar olub.
Hesabat dövründə Azərbaycandan ən çox neft və neft məhsulları, təbii qaz, elektrik enerjisi, meyvə və tərəvəz ixrac edilib.
İxrac edilən Azərbaycan mallarının ümumi dəyəri üzrə malların siyahısı:
Malın adı | 2019-ci ilin yanvar-iyun ayları | 2018-ci ilin yanvar-iyun ayları |
Sayı | Dəyəri (min $) | Sayı | Dəyəri (min $) |
Neft, ton | 15 833 150,78 | 7 671 234,27 | 13 564 784,04 | 6 945 438,31 |
Təbii qaz, min kubmetr | 5 664 611,71 | 1 047 680,80 | 3 101 025,02 | 570 337,12 |
Neft məhsulları, ton | 520 997,98 | 261 182,53 | 548 024,03 | 282 794,13 |
Meyvə-tərəvəz, ton | 325 060,43 | 318 370,65 | 299 677,26 | 276 701,57 |
Elektrik enerjisi, min kvt/s | 1 212 815,38 | 51 935,32 | 1 156 305,90 | 54 606,24 |
Hesabat dövründə idxal 7,015 milyard dollar təşkil edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 50,5 faiz çoxdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 2,812 milyard dollar, özəl sektorda isə bu rəqəm 3,799 milyard dollar təşkil edib.
Hesabat dövründə Azərbaycanın ən çox idxal etdiyi müxtəlif maşın və mexanizmlər, nəqliyyat vasitələri və ehtiyat hissələri, qara metallar, plastik və əczaçılıq məhsulları olub.
İdxal edilən Azərbaycan mallarının ümumi dəyəri üzrə malların siyahısı:
Malın adı | 2019-ci ilin yanvar-iyun ayları | 2018-ci ilin yanvar-iyun ayları |
Sayı | Dəyəri (min $) | Sayı | Dəyəri (min $) |
Maşınlar, mexanizmlər, elektrik avadanlıqları və onların ehtiyat hissələri, min dollar | - | 1 252 058,69 | - | 1 112 400,19 |
Nəqliyyat vasitələri və onların hissələri | - | 536 925,10 | - | 391 002,87 |
Qara metallar və onlardan hazırlanan məmulatlar, ton | 398 521,20 | 459 804,58 | 457 532,02 | 520 342,47 |
Plastik və ondan olan məhsullar, ton | 100 909,20 | 181 505,64 | 89 275,50 | 170 420,10 |
Əczaçılıq məhsulları, ton | 6 952,47 | 134 494,25 | 6 493,22 | 123 751,43 |
Ümumiyyətlə, bu ilin birinci yarısında Azərbaycanın xarici ticarət əməliyyatları 2018-ci ilin eyni dövrü ilə müqayisədə demək olar ki, 27,6 faiz artaraq 16,994 milyard dollara çatıb. Hesabat dövrünün müsbət saldosu 2,963 milyard dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə (4.002 milyard dollar) nisbətən 25,95 faiz azdır.
Hesabat dövründə Azərbaycan 2397 növ mal ixrac edib, 6 862 növ mal idxal olunub. 177 ölkə Azərbaycanın xarici ticarət tərəfdaşı olub. Hesabat dövründə ümumilikdə 21 177 hüquqi və fiziki şəxs xarici iqtisadi fəaliyyətdə iştirak edib (6491 - hüquqi və 14 686 - fiziki şəxs).
Ən yüksək ixrac və idxal həcmi aprel ayında müşahidə edilib. Ölkədən 2.605 milyard dollar dəyərində mal ixrac edilib. İdxal 1,425 milyard dollar təşkil edib. Aprel ayında ixracatın aylıq artımı 1,272 milyard dollar, idxalı 455,9 milyon dollar olub.