Azərbaycana bu ölkələrdən gələn turistlərin sayı dəfələrlə artıb

Son 6 il ərzində Azərbaycana İraq, Pakistan, Hindistan, Türkmənistan, İsrail, Çin, Koreya, Türkmənistan və Yaponiyadan gələnlərin sayında hiss edilən səviyyədə artım baş verib.

Trend-in məlumatına görə, 2013-cü ildə İraqdan Azərbaycana 991 nəfər gəldiyi halda 2018-ci ildə onların sayı 68 dəfə çoxalaraq 67 514 -ə yüksəlib.

Səudiyyə Ərəbistanından Azərbaycana 2013-cü ildə 479, 2018-ci ildə 73 284 nəfər səfər edib.

Pakistandan Azərbaycana gələnlərin sayında da böyük - – 20 dəfəyə yaxın artım müşahidə edilib. 2013-cü ildə Azərbaycana Pakistandan 1 767 , 2018-ci ildə 41 307 nəfər gəlib.

Hindistandan ölkəmizə gələnlərin sayı 10 dəfəyə yaxın artıb. 2013-cü ildə Azərbaycana 4 791, 2018-ci ildə 39 051 nəfər gəlib.

Türkmənistandan ölkəmizə gələnlərin sayında isə 7 dəfəyə yaxın artım olub. 2013-cü ildə Türkmənistandan 4 766, 2018-ci ildə 28 305 nəfər ölkəmizə səfər edib.

Ötən müddətdə İsraildən Azərbnaycana gələnlərin sayı 6 dəfədən çox artıb. 2013-cü ildə həmin ölkədən Azərbaycana 6 989, 2018-ci ildə 40 158 nəfər gəlib.

2013-cü ildə Çindən Azərbaycana 6 465, 2018-c ildə 15 730 nəfər şəxs gəlib.

Qətərdən ölkəmizə gələnlərin sayı 4 dəfə artaraq 309-dan 12 461-ə , Portuqaliyadan gələnlərin sayı 2 dəfəyə yaxın artaraq 773-dən 1 324-ə, İordaniadan gələnlərin sayı 8 dəfə yüksələrək 442-dən 3 573-ə, Misirdən gələnlərin sayı 4 dəfəyə yaxın artaraq 442-dən 3711-ə çatıb.

Ötən müddətdə Koreyadan ölkəmizə səfər edənlərin sayı təxminən 2 dəfə artaraq 3 134-dən 7 854 -ə yüksəlib.

Eyni zamanda, Yaponiyadan Azərbaycana 2013-cü ildə 2 471, 2018-ci ildə 5 539 nəfər səfər edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri