Baş nazir: Rumıniya "Nabukko"nun uğurunu təmin etmək üçün Azərbaycan hakimiyyəti ilə sıx təmasdadır

Baş nazir: Rumıniya "Nabukko"nun uğurunu təmin etmək üçün Azərbaycan hakimiyyəti ilə sıx təmasdadır Rumıniya "Nabukko"nun uğurunu təmin etmək üçün Azərbaycan hakimiyyəti ilə sıx təmasdadır.Bu barədə Rumıniyanın Baş naziri Viktor Ponta Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) çıxış edərkən Azərbaycan-Rumıniya parlamentlərarası dostluq qrupunun üzvü, millət vəkili Qənirə Paşayevanın sualına cavabında deyib.

"Rumıniya Azərbaycanla əməkdaşlığa böyük önəm verir. Mənim səlahiyyət müddətimdə əsas hədəflərdən biri Qara dəniz bölgəsində enerji potensialını inkişaf etdirməkdir. "Nabukko" layihəsi birinci prioritetdir", - Baş nazir deyib.

Viktor Ponta bildirib ki, bölgədə bütün ölkələr arasında daha təkmil əməkdaşlıq bu ölkələrdə enerji və iqtisadi inkişafı təmin etməklə orta və uzunmüddətli faydalar gətirəcək.

"Ölkənizə böyük məmnuniyyətlə səfər edəcəyəm. Enerji mühüm məsələdir və bu səbəbdən Avropa İttifaqı mayın 25-də bu mövzuya diqqətini yönəldəcək və ümidvaram ki, bu, sirr deyildir. Biz "Nabukko"nun uğurunu təmin etmək üçün Azərbaycan hakimiyyəti ilə sıx təmasdayıq", - Baş nazir deyib.



Trend
Şərhlər
Siyasət bölməsinin xəbərləri