Azərbaycanda kriminal aləmlə yaxın əlaqələri olan daha bir nəfər həbs edilib

Azərbaycanda kriminal aləmlə yaxın əlaqələri olan daha bir nəfər həbs edilib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 22-də Qazax rayonu ərazisində rayon sakini, əvvəllər məhkum olunmuş Babək Vəliyevin idarə etdiyi “Land Rover” markalı avtomaşın saxlanılıb. Avtomaşına baxış zamanı 1 ədəd “Makarov” tapançası, 12 ədəd patron, 2 ədəd patron darağı, 2 ədəd qumbara, 2 ədəd qumbara alışdırıcısı, 4 ədəd keramika ilə möhkəmləndirilmiş kapsula və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.


APA-nın Qazax rayon hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, B. Vəliyev əvvəllər bir sıra ağır cinayətlər törətdiyi üçün ümumilikdə 15 il məhkumluq həyatı yaşayıb. Onun kriminal aləmlə yaxın əlaqələrinin olduğu bildirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri