Tbilisidə eyvan uçub, 3-ü əcnəbi olmaqla 5 nəfər xəsarət alıb

Gürcüstanın paytaxtı Tbilisidə Nişnianidze küçəsində yerləşən yaşayış binasının ikinci mərtəbəsində eyvan uçub.

“Report” xəbər verir ki, hadisə nəticəsində 5 nəfər xəsarət alıb.

Bədbəxt hadisə zamanı həmin şəxslərin hamısı eyvanda olub. Hadisə yerinə cəlb olunan xilasedicilər xəsarət alan şəxsləri dağıntılar altından çıxarıblar. Onların hamısı yüngül xəsarətlər alıblar və xəstəxanaya çatdırılıblar.

Xəsarət alanların üçünün əcnəbi olduğu bildirilir.
Şərhlər
Dünya bölməsinin xəbərləri