"Samsung Galaxy Note 10" smartfonunun satışına başlanılıb
- 23.08.2019, 12:35,
- Texnologiya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Samsung Electronics" avqustun 23-də yeni flaqman smartfonu "Galaxy Note 10"u 70 ölkədə satmağa başlayıb.
"Report" TASS-a istinadən xəbər verir ki, smartfon bu gündən Cənubi Koreya, ABŞ, Avropa ölkələrində, eləcə də Cənub-Şərqi Asiyada satışa çıxarılacaq. Sentyabr ayında bu siyahı 130 ölkəyə qədər genişləndiriləcək.
Çərşənbə axşamı korporasiya bir milyondan çox cənubi koreyalının "Galaxy Note 10" üşün əvvəlcədən sifariş verdiyini və bu rəqəmin 2018-ci ildə buraxılmış əvvəlki "Note 9" modelinin göstəricisindən iki qat çox olduğunu açıqlayıb. 6,3 düymlük ekrana malik "Note 10"un Cənubi Koreyadakı qiyməti 1,2 milyon von (1025 ABŞ dolları), 6,8 düymlük ekrana malik modelin qiyməti isə 1,5 milyon vondur (1250 ABŞ dolları).
Qeyd edək ki, Bu, "Samsung" smartfonunun 5G məlumatların yüksək sürətlə ötürülməsi standartını dəstəkləyən ikinci modelidir.