Azərbaycan Beynəlxalq Bankının aktivləri 25% artıb
- 23.07.2013, 15:35,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivləri son bir ildə 24,8% artaraq 2013-cü il iyulun 1-nə 6,42 mlrd. manata çatıb. Bu barədə APA-ya Bankın mətbuat xidmətindən məlumat verilib.
Bankın kredit portfeli illik müqayisədə 31,2% artaraq 2013-cü il iyulun 1-nə 4,473 mlrd. manata çatıb. Fiziki şəxslərə verilmiş kreditlər 518,8 mln. manat təşkil edib.
Hesabat dövründə əhalinin Bankdakı əmanətlərinin həcmi 1,482 mlrd. manata bərabər olub ki, bu da 2012 ilin iyulun 1-nə nisbətən 40,7% çoxdur.
Bankın məcmu kapitalı son bir ildə 61,4% artaraq 765,56 mln. manata çatıb. Azərbaycan Beynəlxalq Bankının nizamnamə kapitalının həcmi 340 mln. manata çatdırılıb.
ABB-nın 2013-cü ilin ilk yarısı üzrə xalis mənfəəti illik müqayisədə 44,6% artaraq 24,3 mln. manat təşkil edib.
Bankın aktivlərinin gəlirlilik əmsalı (ROA) 2013-cü il iyulun 1-nə 0,39, kapitalın gəlirlilik əmsalı (ROE) isə 4,31 təşkil edib. Müqayisə üçün bildirək ki, 2012 il iyulun 1-nə bu göstəricilər müvafiq olaraq 0,34% və 3,90%-ə bərabər olub.