"Formula 1" üzrə 2020-ci il Azərbaycan Qran Prisinin keçiriləcəyi tarix dəqiqləşib
- 29.08.2019, 13:26,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Beynəlxalq Avtomobil Federasiyası “Formula 1” üzrə 2020-ci il mövsümünün təqvimini təsdiqləyib.
LİVE.az məlumatına görə, qurumdan mediaya verilən məlumata görə, Azərbaycan Qran Prisi 5 - 7 iyunda keçiriləcək. Bu, paytaxtda reallaşacaq 5-ci “Formula 1” yarışı olacaq. İlk Qran Pri martın 15-də Avstraliyanın Melburn şəhərində, sonuncusu isə noyabrın 29-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə təşkil ediləcək.
Təqvimdən Almaniya mərhələsi çıxarılıb və yerinə Vyetnamla Hollandiya daxil edilib.
2020-ci il mövsümünün təqvimi:
15 mart - Avstraliya
22 mart - Bəhreyn
5 aprel - Vyetnam
19 aprel - Çin
3 may - Hollandiya
10 may - İspaniya
24 may - Monako
7 iyun - Azərbaycan14 iyun - Kanada
28 iyun - Fransa
5 iyul - Avstriya
19 iyul - Böyük Britaniya
2 avqust - Macarıstan
30 avqust - Belçika
6 sentyabr - İtaliya
20 sentyabr - Sinqapur
27 sentyabr - Rusiya
11 oktyabr - Yaponiya
25 oktyabr - ABŞ
1 noyabr - Meksika
15 noyabr - Braziliya
29 noyabr - Abu-Dabi
Qeyd edək ki, 2019-cu il mövsümündə Bakıdakı yarış 26 - 28 apreldə keçirilib və Almaniyanın “Mercedes” komandasının pilotu Valtteri Bottas birinci yeri tutub.