Bu ilin yeddi ayında Azərbaycanda 423 milyon manat sığorta haqqı toplanılıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 22 sığorta şirkətinin xətti ilə 422,931 mln. manat məbləğində sığorta haqqı toplanılıb.

LİVE.az-ın xəbərinə görə, Report Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,03% azdır.

Cari ilin yeddi ayı ərzində sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 154,632 mln. manat təşkil edib. Bu isə illik müqayisədə 6% çoxdur.

2019-cu ilin yanvar-iyul aylarında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 36,6 manatı ödəniş edilib. 2018-ci ilin müvafiq dövründə bu göstərici 31,7 manat olub.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri