Ancelina Colinin stilisti Mərdəkanda özünə bağ evi tikdirdi
- 29.08.2019, 18:45,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Dünyaca məşhur "ELLE" dəb jurnalının moda direktoru Vadim Qalaqanov Mərdəkanda özünə bağ evi tikdirib.
O, bu barədə özünün "Instagram" hesabında məlumat paylaşıb.
Bildirib ki, evin inşası 2019-cu il may ayında bitib. Fərqli mədəniyyətlərin birləşməsi üslubunda dizayn edilən evin həyətində böyük hovuzu var.
Qeyd edək ki, Vadim Qalaqanov Bakıda doğulub. Onun ailəsi 1990-cı illərdə Moskvaya köçüb. 2005-ci ildə o, "Conde Nast Russia"da, "GQ" jurnalında stilist kimi karyerasına start verib.
2017-ci ilin fevralından Vadim "ELLE" Russia jurnalının dəb bölməsinin rəhbəri olub. O, ən yaxşı jurnallarla əməkdaşlıq edib: "VOGUE", "TATLER", "GLAMOUR", "MADAME FIGARO" və s.
Stilist hazırda Cerard Batler, Edrien Broudi, Ancelina Coli, Vinsent Kassel, Naomi Kempbell, İrina Şeyk, Karli Kloss, Lapo Elkann, Suki Uoterxaus, Devid Qandi, Maykl Qorbaçov və bir çox digər ulduzlar və top-modellərlə işləyir.