UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.
LİVE.az xəbər verir ki, Monakoda baş tutan tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın rəqibləri müəyyənləşib. Ağdam təmsilçisi "Sevilya" (İspaniya), APOEL (Kipr) və "Düdelanj" (Lüksemburq) komandaları ilə birgə A qrupuna düşüb.
A qrupu: "Sevilya" (İspaniya), APOEL (Kipr),
"Qarabağ" (AZƏRBAYCAN), "Düdelanj" (Lüksemburq)
B qrupu: "Dinamo" (Kiyev, Ukrayna), "Kopenhagen" (Danimarka), "Malmö" (İsveç), "Luqano" (İsveçrə)
C qrupu: "Bazel" (İsveçrə), "Krasnodar" (Rusiya), "Xetafe" (İspaniya), "Trabzonspor" (Türkiyə)
D qrupu: "Sportinq" (Portuqaliya), PSV (Hollandiya), "Rusenborq" (Norveç), LASK (Avstriya)
E qrupu: "Latsio" (İtaliya), "Seltik" (Şotlandiya), "Renn" (Fransa), ÇFR (Kluj, Rumıniya)
F qrupu: "Arsenal" (İngiltərə), "Ayntraxt" (Frankfurt, Almaniya), "Standard" (Lyej, Belçika), "Vitoriya" (Gimaraynş, Portuqaliya)
G qrupu: "Portu" (Portuqaliya), "Yanq Boyz" (İsveçrə), "Feyenoord" (Hollandiya), "Reyncers" (Şotlandiya)
H qrupu: MOİK (Moskva, Rusiya), "Lüdoqorets" (Bolqarıstan), "Espanyol" (İspaniya), "Ferentsvaroş" (Macarıstan)
I qrupu: "Gent" (Belçika), "Volfsburq" (Almaniya), "Sent-Etyen" (Fransa), "Aleksandriya" (Ukrayna)
J qrupu: "Roma" (İtaliya), "Borussiya" (Mönxenqladbax, Almaniya), "İstanbul Başakşehir" (Türkiyə), "Volfsberq" (Avstriya),
K qrupu: "Beşiktaş" (Türkiyə), "Braqa" (Portuqaliya), "Vulverhempton" (İngiltərə), "Slovan" (Bratislava, Slovakiya)
L qrupu: "Mançester Yunayted" (İngiltərə), "Astana" (Qazaxıstan), "Partizan" (Serbiya), AZ (Alkmaar, Hollandiya),
Qeyd edək ki, qrup mərhələsinin oyunları 19 sentyabr, 3 oktyabr, 24 oktyabr, 7 noyabr, 28 noyabr və 12 dekabrda keçiriləcək. "Qarabağ" cari avrokubok mövsümündə, Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində məhz APOEL-i keçə bilməyib (2:1, 0:2). "Düdelanj"ı isə 2016/2017 mövsümündə ÇL-in II təsnifat mərhələsində mübarizədən kənarlaşdırıb (2:0, 1:1).