Paulo Koelyo Fransa xalqından üzr istəyib


Braziliyalı yazıçı Paulo Koelyo Fransa xalqına videomüraciət ünvanlayaraq, ölkə prezidenti Jair Bolsonarunun ifadələrinə görə üzr istəyib.

LİVE.az report-a istinadla xəbər verir ki, yazıçı videonu "Twitter" səhifəsində paylaşıb.

"Bu bir az kədərli videodur, mən burada böhran, hətta mən deyərdim ki, Bolsonarunun Fransa, Fransa prezidenti və Fransa prezidentinin həyat yoldaşına göstərdiyi isteriyaya görə fransalı dostlarımdan üzr diləmək istəyirəm", - deyə Koelyo bildirib.

Onun sözlərinə görə, "Braziliya prezidenti Amazon meşələri yandığı bir halda heç nə etmir, təkcə təhqir və inkar etməyi və nə gəldi danışmağı bacarır, təki baş verənlərə görə məsuliyyətdən yayınsın".
Şərhlər
Dünya bölməsinin xəbərləri