Bakının Baş Planı 2020-ci ilin oktyabrında təsdiqlənəcək
- 30.08.2019, 20:50,
- Iqtisadiyyat / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakının Baş Planı ilə bağlı ilkin konsepsiya artıq hazırlanıb və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilib.
LIVE.az Trend-ə istinadla verdiyi məlumata görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müşaviri Rüfət Mahmud bildirib.
.
Onun sözlərinə görə, bu, bütün işlərin ilkin fazasıdır: "Bakının 25 min və 10 min miqyasında xəritələri hazırlanmaqdadır. Burda nəqliyyat, mühəndis-kommunikasiya sistemləri və ətraf mühitin mühafizəsi məsələlərinə baxılır. İlin sonunadək 3-cü fazaya başlanılacaq. 2020-ci ilin oktyabr ayına qədər sonuncu faza, yəni, Baş Planın təsdiqləməsi gözlənilir".