“O”, “O 2”-dən əvvəl qayıdır

  


Yaxın həftələr  Azərbaycan kinoprokatında bir məşhur qorxu filminin nişanəsi altında keçəcək. Söhbət Stiven Kinqin uşaqaları öz qorxuları əsasında qətlə yetirən, müxtəlif qəbul etməyə görkəmləri qəbul etməyə qadir olan Pennivayz varlığı haqqındakı əsərinin motivləri üzrə çəkilən filmdən gedir. Bütün klounların şən və həyat eşqli olmamağı çoxdan bəlli idi, amma Amerikanın ən böyük yazıçılardan biri “kloun-horror”u müəmmalı səviyyəyə qaldıra bildi.

 

4 sentyabrdan etibarən “Park Cinema” IMAX-da bir neçə seansla start götürəcək və ayın 5-dən etibarən bütün şəbəkədə nümayiş etdiriləcək “O 2” filminin yaradıcıları qərara gəliblər ki, birinci hissədə baş verənləri tamaşaçılarına xatırlatsınlar. 29 avqustdan 3 sentyabra qədər “O” yenidən IMAX-da nümayiş etdiriləcək, bu səbəbdən yaddaşındakı iki illik dəyişikliyi kim təravətləndirmək istəyirsə, bilet ala bilər. Hər iki film üçün onlayn və offlayn satış qüvvədədir, biletləri kinoteatrın kassalarında, rəsmi saytda. iOS və Adnroid rəsmi tətbiqlərində almaq və ya 119 qısa nömrəsinə zəng vurmaqla əldə etmək mümkündür.  

Yanız “Park Cinema” Kinoteatrlar Şəbəkəsində Azərbaycan tamaşaçıları “O” və “O 2” filmlərinə IMAX formatında baxa bilər. Çərşənbə günü bütün şəbəkədə biletləri 50% güzəştlə əldə etmək imkanı olan “Super Gün” ənənəvi aksiyası keçirilir. Hər bazar ertəsi, çərşənbə axşamı və çərşənbə günü isə “Park Cinema Metropark”da xüsusi qiymətlər qüvvədədir (3,30 manatdan 5,30 manata qədər), eləcə də biletləri güzəştlə əldə etmək imkanını qazandıran ailə  və tələbə tarifləri mövcuddur.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri