Yollarda təhlükəsizliyə görə bu şəxslər məsuliyyət daşıyacaq - YENİ SİYAHI
- 31.08.2019, 15:02,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın Baş naziri Novruz Məmmədov Nazirlər Kabinetinin 1994-cü il 3 mart tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası üzvlərinin Siyahısı"nda dəyişiklik edib.
Dəyişikliyə əsasən, siyahı aşağıdakı redaksiyada verilir:
"Komissiyanın sədri - Azərbaycan Baş nazirinin müavini
Komissiya sədrinin müavini - Azərbaycan Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi
Komissiyanın üzvləri:
Nazirlər Kabineti Aparatının Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri
Nazirlər Kabineti Aparatının Təhlükəsizlik və müdafiə məsələləri şöbəsinin müdiri
Fövqəladə Hallar nazirinin birinci müavini
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini
Səhiyyə nazirinin müavini
Təhsil nazirinin müavini
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri
Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin yol-nəqliyyat hadisələrinin ekspertizaları şöbəsinin rəisi
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri
Təhsil Nazirliyi Azərbaycan Texniki Universitetinin nəqliyyatda daşımalar və yol hərəkətinin təşkili kafedrasının müdiri
Bakı Şəhər İcra Hakimiyyətinin şəhər təsərrüfatı şöbəsinin müdiri
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin inspektoru, Komissiyanın məsul katibi".