“Xəzər Lənkəran” “Makkabi” ilə oyuna itkisiz hazırlaşır Klubda artıq hazırlığa start verib

“Xəzər Lənkəran” “Makkabi” ilə oyuna itkisiz hazırlaşır Klubda artıq hazırlığa start verib İyulun 25-də UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində “Makkabi” (Hayfa) klubunu qonaq edəcək “Xəzər Lənkəran” klubu artıq dünəndən hazırlığa start verib.


Klubun mətbuat xidmətindən ANS-ə verilən məlumata görə, dünən əsasən “Fənərbaxça” ilə yoldaşlıq görüşünün bərpa məşqini düşünən məşqçilər korpusu bu gün səhər məşqində cavab qarşılaşmasının hazırlığı planına uyğun hazırlıq keçiriblər.



Əsas meydançada keçirilən məşqdə futbolçular daha çox qapıya zərbələr və bir neçə gedişli kombinasiyalardan sonra qurulan hücumlar üzərində çalışdılar. Məlumatda bildirilir ki, hazırda düşərgədə zədəli futbolçu yoxdur və komanda tam tərkibdə məşqlərini davam etdirir.
Şərhlər
İdman bölməsinin xəbərləri