Azərbaycanda əkin sahəsi barədə verdiyi məlumatların yarıdan çoxu səhv olan fermerlərə 2 il subsidiya verilməyəcək
- 02.09.2019, 22:24,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Azərbaycanda əkin sahəsi barədə Kənd Təsərrüfatı Nazirliyinə yalan məlumat verən fermer subsidiyadan məhrum edilə bilər”.
"Report" xəbər verir ki, bunu nazir müavini İlham Quliyev deyib.
Onun sözlərinə görə, fermerin Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil etdiyi məlumat operativ yoxlanılacaq və araşdırılacaq: “Əgər daxil edilən informasiyada 5%-ə qədər səhv məlumat aşkarlanarsa fermerə subsidiya veriləcək. Əgər məlumatda 20% xəta aşkarlanarsa, həmin fermerin subsidiyası 30% azaldılacaq. Əgər xəta 30-50% arasıda olarsa fermer 1 il müddətinə, 50%-dən çox olarsa fermer 2 il müddətinə subsidiyadan məhrum ediləcək".