Dubay hava limanında genişləndirmə işləri dayandırılıb
- 02.09.2019, 22:29,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ötən il Dubay əmirliyinin iqtisadi artımı son səkkiz ilin minimum həddində olub.
LİVE.az-ın məlumatına görə, “Report” “Bloomberg”ə istinadən xəbər verir ki, buna səbəb geosiyasi gərginlik və neftin ucuzlaşmasıdır.
Həmçinin turizm sektorunda da 2017-ci ildən durğunluq özünü göstərir. Məhz bu səbəblər üzündən Əl Məktum Beynəlxalq Hava Limanında genişləndirmə işlərinin dayandırıldığı bildirilir.
İşlərin birinci mərhələsi 2030-cu ilədək təxirə salınsa da, bəzi məqamlar hələ də sual altında qaldığından işlərin nə vaxt başa çatdırılacağı məlum deyil. Layihənin ümumi dəyəri 36 milyard dollardır. Genişləndirildikdən sonra hava limanından ildə 250 milyondan artıq sərnişinin istifadə edəcəyi güman olunur.
Qeyd edək ki, 2013-cü ildə açılan Əl Məktum Beynəlxalq Hava Limanı hazırda cəmi 11 hava yolu şirkətinə xidmət göstərir. Son illərdə buradan istifadə edən sərnişinlərin sayı beşqat artaraq 26,5 milyona çatıb.