Almaniyanın 150-yə yaxın şirkəti üçün Azərbaycan turizminin təqdimatı keçiriləcək
- 05.09.2019, 13:41,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Sentyabrın 10-12-də Azərbaycan Turizm Bürosu Almaniyanın Berlin, Hamburq və Frankfrut şəhərlərində silsilə tədbirlər keçirəcək.
LIVE.az-ın xəbərinə görə, bu barədə "Report"a Turizm Bürosundan məlumat verilib.
"B2B (Biznesdən-biznesə) formatlı görüşlərdən və seminarladan ibarət tədbirlərdə Azərbaycan turizm sektorunun Almaniya və Avropa bazarları üzrə fəaliyyət göstərən 7 turizm şirkəti və hoteli iştirak edəcək.
Silsilə tədbirlər zamanı Azərbaycanın turizm potensialının təqdimatı baş tutacaq, ölkənin turizm marşrutları, görməli yerləri və hotelləri barədə iştirakçılara geniş məlumatlar veriləcək.
150-yə yaxın Almaniya şirkətinin qatılacağı görüşlər zamanı Almaniya şirkətləri ilə qarşılıqlı fikir mübadiləsi aparılacaq və gələcək əməkdaşlıq imkanları qiymətləndiriləcək.
Qeyd edək ki, 2019-cu ilin yanvar-iyul aylarında Azərbaycanı 1,8 milyon xarici səyahətçi ziyarət edib ki, bu da 2018-ci ilin ilk 7 ayı ilə müqayisədə 122 min və yaxud 7,4% çoxdur.
Ən böyük artım 76 min və ya 23% daha çox xarici qonaqla Gürcüstandan gələnlərin sayında müşahidə olunub.
Mərkəzi və Cənubi Asiyadan gələn səyahətçilərdə də müvafiq olaraq 39% və 44% artım qeydə alınıb. Ən yaxşı turistik bazarlar sayılan Rusiya və Türkiyədən gələnlərin sayı 4% artıb.